backend

Hacıqabul qətliamı ilə bağlı – Yeni təfərrüat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Hacıqabuldakı silahlı hücumda öldürülənlərdən biri nişanlı olub.
Qətliamın ən gənc qurbanı 1988-ci il təvəllüdlü Namiq Qəmbərovun yaxın günlərdə nişan mərasimi olub. Ailə onun toy mərasiminə hazırlaşıb. N.Qəmbərovun ilin sonuna kimi toyunun olacağı gözlənilirmiş.
Qeyd edək ki, Hacıqabulda yaşayış evinə silahlı basqın olub. Sübh 6 radələrində evə silahla basqın edən Mübariz Mehdiyev əvvəlcə həyətdəki “Mersedes” markalı avtomobili yandırıb. Səsə evdə olan Məhəmməd Qəmbərov (1947), Nazim Qəmbərov (1953), Gülbağda Qəmbərova (1963) və Bibilər Qəmbərova (1958), və Namiq Qəmbərov (1988) çıxıblar. M.Mehdiyev evdən çıxanlara silahla atəş açıb və nəticədə M.Qəmbərov ağır yaralanıb. Digər şəxslər M.Qəmbərovun həyat yoldaşı B.Qəmbərova, qardaşı N.Qəmbərov, onun həyat yoldaşı G.Qəmbərova və övladları N.Qəmbərov qətlə yetirilib.
Silahla basqın edən M.Mehdiyev evə Rusiyada aralarında problem yaşadığı Natiq Qəmbərovu öldürmək üçün gəlib. Lakin hadisə zamanı N.Qəmbərov evdə olmayıb. Bu səbəbdən qatil onun valideynlərini, əmisini, əmisini yoldaşını və gənc əmisi oğlunu qətlə yetirib.
///axar.az