“Exit-polların nəticələri partiyamızın qələbə çaldığını göstərir” – Əli Əhmədov

01:30 | 10 Fevral, 2020

“Partiyamıza və onun namizədlərinə, Prezidentimizin siyasətinə səs vermiş bütün seçicilərimizə minnətdarıq”.

“Yeni Sabah” xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov bildirib.

Ə. Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının növbəti qələbəsi ilə partiyanın üzvlərini təbrik edə bilər:

“Növbədənkənar parlament seçkiləri başa çatdı. Keçirilən exit-polların nəticələri partiyamızın qələbə çaldığını göstərir. Qalib gəlmiş namizədlərimizi ürəkdən təbrik edirəm. Partiyamızın möhtəşəm qələbəsinə böyük töhfə vermiş çoxsaylı könüllülərimizə ayrıca təşəkkürümüzü bildirirəm”.

Mövzunu Facebookda şərh et