backend

3 oğlanla birləşib sevgilisini qəbiristanlığa aparıb zorladılar… – Tovuzda biabırçılıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Tovuz rayonunda 20 yaşlı qıza təcavüz etməkdə təqsirli bilinən rayon sakinləri Mürsəl Kərimov, Nemət Rzayev, Kamal Məmmədov və Elməddin Niyazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu ilin martın 22-də Tovuzun Əyyublu kəndində 20 yaşlı Səidə Babayeva (ad və soyad şərti verilib – red.) dörd oğlan tərəfindən təcavüzə məruz qalıb.
4 oğlan bir qıza təcavüz etdi
20 yaşlı qızın 4 nəfər həmkəndlisi tərəfindən zorlandığı ilə bağlı Tovuz rayon polis şöbəsinə müraciət edilib. Dərhal müraciət əsasında araşdırmalara başlanılıb və 4 nəfər saxlanılaraq şöbəyə gətirilib.
Məlum olub ki, qız nənəsigilə gedən zaman Kamal Məmmədov, Elməddin Niyazov, Nemət Rzayev və Mürsəl Kərimovun hücumuna məruz qalıb. Qızı döyə-döyə Kamal adlı şəxsin “Ford” maşınına mindiriblər.
Onlar qızı qəbiristanlığa aparıb və burada onu zorlayıblar. Daha sonra onlar qızı seksual xarakterli əxlaqsız hərəkətlər etməyə məcbur ediblər.
“Təhdid edirdilər ki, şəklini çəkmişik”
Zərərçəkmiş şəxs qismində ifadə verən Səidə Babayeva qeyd edib ki, Kamal Məmmədov, Elməddin Niyazov, Nemət Rzayev və Mürsəl Kərimov onu döyərək zorla maşına mindiriblər: “Onlar məni qəbiristanlığa apardılar, orada mənə qarşı zorakılıq etdilər”.
Zərərçəkmiş bildirib ki, əvvəllər onlarla tanışlığım olmayıb: “Onlardan biri məşğələyə gedib gələrkən mindiyim “Qazel”in sürücüsüdür. Əvvəldən onlarla elə tanışlığı olmayıb. Məni telefonla təhdid edirdilər ki, şəklini çəkmişik, bizimlə danışmalısan və heç kimə deməməlisən”.
“Qız məni çağırdı”
İstintaq sənədləri ilə məlum olub ki, təqsirləndirilən şəxslərdən biri – Elməddin Niyazov qızın sevgilisi olub. Elməddin Niyazovun iddiasına görə, qız ilə 2014-cü ilin yayından mesajlaşırmış: “Qız məni çağırdı ki, mərkəzi küçənin ayağına gəl, səninlə görüşmək istəyirəm. Mən də dostum Mürsəlin “Mercedes” markalı maşınını götürərək qızın dediyi yerə getdim. Həmin vaxt yağış yağırdı, qız da könüllü mənim maşınıma mindi. Bir qədər gedəndən sonra, kənddən 500 metr aralıda yolda maşın batdı. Dostuma zəng edərək maşının batdığını dedim. Kamal və maşının yiyəsi gəldilər. Biz birlikdə maşını çıxardıq”.
“Qıza təcavüz etməmişəm”
Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra Səidəni Kamalın maşınına mindirib: “Onu evinə düşürdük. Bu zaman qız bildirdi ki, mən düşmək istəmirəm. Kamala dedi ki, sizinlə fermaya gedəcəyəm. Mən də Kamalla fermaya gedib, yeməyi verib qayıtdıq. Səidə dedi ki, məni nənəmin evinin yanında düşürün. Onu dediyi yerə düşürdük”.
Hadisədə adı hallana şəxslərdən biri də Kərimov Mürsəldir. “Mercedes” markalı avtomobilin sahibi Mürsəl Kamalov ifadəsində deyib ki, Elməddinin xahişini yerə salmayaraq öz maşınını ona verib: “Elməddindən zəng etdi ki, maşını mənə ver. Mən də vermişəm. Qıza təcavüz etməmişəm”.
Bəraət və cəza
İstintaq orqanı təqsirləndirilən şəxsləri Cinayət Məcəlləsinin 150.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək) və 151-ci seksual xarakterli hərəkətlərə məcbur etmə) maddələri ilə ittiham edib.
Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmən in hökmü ilə təqsirləndirilən şəxslərin ittiham olunduqları Cinayət Məcəlləsinin 150.2.1-ci maddəsi ilə onlara bəraət verilib.
Məhkəmə təqsirləndirilən şəxslərin hər birini Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə təqsirli bilib və onların hər birinə 1 il 8 ay 9 gün azadlıqdan məhrumetmə cəzası təyin edib./publika.az