“Renat Dadaşova çox güvənirik” – “Vulverhempton”un baş məşqçisi

00:27 | 11 Fevral, 2020

“Vulverhempton”un U-23 komandasının baş məşqçisi Ceyms Kollins Renat Dadaşovla bağlı açıqlama verib.

Sportal.az xəbər verir ki, o, Azərbaycan millisinin üzvünə güvəndiklərini deyib:

“Birmingem”lə matça yaxşı başladıq. Lakin hesabda geri düşdükdən və 10 nəfərlə qaldıqdan sonra daha yaxşı oynadıq. Renat Dadaşov əks-hücumda fantastik qol vurdu. Son 15 dəqiqədə isə yaxşı qapandıq. Bizim üçün möhtəşəm iş görən Renata çox güvənirik. Ancaq Dadaşov bəzən ön xətdə tək qalır. Ona görə də hücumda daha keyfiyyətli oynamalıyıq”.

Dadaşov “Birmingem”lə (U-23) matçda (2:2)  komandasının 2-ci qolunu vurub.