Sevgilisi ilə 70 min manata “KİLLER” tutub ərini öldürtdü – Ayrı yaşayırdılar – FOTO

17:27 | 11 Fevral, 2020

Türkiyənin Muğla vilayətnin Ula qəsəbəsində 60 yaşlı Hasan Balaban evinin önündə tapança ilə qətlə yetirilib. Hadisəni 31 yaşlı Bekir Koyuncunun törətdiyi məlum olub və o, polis tərəfindən saxlanılıb.

Milli.Az DHA-ya istinadən xəbər verir ki, dindirilmə zamanı cinayətdə adı hallanan 45 yaşlı Özgür Arslan ilə Bekir Koyuncunun Hasan Balabanı 250 min lirə (70 min manat) qarşılığında qətlə yetirdikləri üzə çıxıb. Məlum olub ki, qətli boşanmaq ərizəsi verdiyi, ayrı yaşadığı arvadı 48 yaşlı Ebru Balaban ilə onun sevgilisi olduğu deyilən 33 yaşlı Akın Kulakçı sifariş verib.

Ebru və sevgilisi də artıq saxlanılıblar.

İstintaq davam edir.
Mövzunu Facebookda şərh et