Rəqsanənin qızından şok sözlər: “Mənə o təklifi edənlər…” – Qalmaqallı müsahibə

17:32 | 12 Fevral, 2020

Müğənni Aysun İsmayılova Teleqraf.com-a müsahibə verib.

Aysun İsmayılova məşhur müğənni Rəqsanə ismayılovanın qızıdır. Müsahibəni təqdim edirik.

– Aysun xanım, Moskvadan gəlmisiniz, amma yenidən ora qayıtmağa hazırlaşırsınız…

– Bəli, ayın 27-də yenidən Moskvaya gedəcəm. Bizim işimiz belədir, neynəyə bilərik?..

– Moskvaya yalnız toylarla bağlı gedirsiniz? Ailəniz də orada yaşayır.

– Əlbəttə, hər ikisi üçün. Amma toylara görə tez-tez getməli oluram. Getmişkən həm ziyarət, həm də ticarət olur.

– Maddi cəhətdən neçə faiz Rəqsanə xanımdan asılısınız?

– 50 faiz…

– Moskva, yoxsa Bakı toylarından daha çox gəlir əldə edirsiniz?

– Əlbəttə, Moskva toylarından. Bakıda toy qiymətini bir az aşağı deyirsən. Amma Moskvada qiymətlər fərqlidir.

– Bakıda da toylara yüksək qiymətə gedirsiniz. Pulunuz olmayan zaman aşağı qiymətə getmək məcburiyyətində qalmısınızmı?

– Elə pulsuz vaxtlarım olub, amma ucuz toya getməmişəm. Anam kömək edib. Mənim üstün cəhətim odur ki, anam mənə maddi cəhətdən kömək edir. Pulum yoxdur deyə hansısa məclisə aşağı qonorara getsəm, sonra toy qiymətini necə qaldıraram?

– Ayda nə qədər pul qazanırsınız?

– Bilmirəm, heç vaxt hesablamamışam. Təxmini də bilmirəm. Restorana, estetik əməliyyatlara, paltara pul vermirəm. Qazandıqlarımın hamısını işimə xərcləyirəm.

– İnstaqramda çox açıq-saçıq fotolar paylaşırsınız . Bu isə tənqidlərə səbəb olur. Haqqınızda yazılan bütün rəyləri oxuyursunuz?

– Bütün rəyləri oxuya bilmirəm, çox şərhlər yazırlar. Əsas şərhlərə baxıram. Yaxşı da, pis də yazanlar olur. Pis təkliflər edən şəxslərin şərhlərini silirəm və bloka atıram. Onlar utancverici şeydir. Ümumilikdə heç kimə pis reaksiya göstərmirəm.

Əvvəllər belələrinə cavab yazıb sonra bloka atırdım. Sonra şərh hissəsini bağladım. Amma indi heç kimə fikir vermirəm.

– Xoşagəlməz təkliflərə görə “razborka”ya çağırdığınız kişilər olub?

– Heç vaxt. Əgər məni və ailəmi təhqir etsələr, “razborka”ya yox, polisə müraciət edərəm. Amma kimsə yazırsa “Bu nə gündədir”, ona nə deyim? Hamı məni sevəcək deyə də bir şey yoxdur.

– Fazil Əmiraslanovun Rəqsanə xanıma Cennifer Lopezin evindən tikdirdirməsi mediada səs-küyə səbəb oldu. Hətta Xatun Əliyeva “Evim Beyonsun dizaynıdır” deyərək Rəqsanə xanıma söz də atmışdı. Buna münasibətiniz necədir?

– Bilmirəm bizə söz atıb, ya yox… Mən kiməsə cavab verməyi sevmirəm. Cennifer Lopezin evinin içini görməmişik ki… Sadəcə bizim evimiz də çox böyükdür. Anam istəyir ki, evin içində səsyazma studiyası, kiçik restoran olsun. Burada nə var ki?! Biz deməmişik ki, evimiz Cennifer Lopezin malikanəsi ilə eyni olacaq.

– Moskvadakı villanızın qiyməti nə qədərdir? Ev rəsmi olaraq Rəqsanə xanıma, yoxsa həyat yoldaşına məxsusudur?

– Atam evi anama hədiyyə edib.

– Rəqsanə xanımın ikinci həyat yoldaşının soyadını qəbul etdiniz. Artıq instaqramda da Əmiraslanova soyadını qeyd eləmisiniz.

– Bəli, şəxsiyyət vəsiqəmdə də Əmiraslanova gedir. İnsanların bilməsi üçün İnstaqramda da qeyd etdik.

– Bəs, soyadınızı dəyişməyinizi doğma atanız necə qəbul etdi?

– Bilmirəm, onunla əlaqəmiz yoxdur. Yanımdan keçsə tanımaram. Üç yaşımdan onu görməmişəm.

– Sizi axtarmağa cəhd göstərib?

– Vallah, bilmirəm.

– Elçi çıxan zaman Rəqsanə xanımın “qızım uşaqdır” deyə cavab verdiyini qeyd etdiniz. Bu, nə zamana qədər davam edəcək?

– Sevdiyim insan qarşıma çıxana qədər…

– Deyilənə görə, məşhur restoran sahiblərindən biri sizin sevgilinizdir.

– Restoran sahibi… O kimdi, görəsən? Elə bir insan sevgilim olsa, sevinərdim.

– Sevdiyiniz şəxs sizi sənətdən uzaqlaşdırsa, necə qəbul edərsiniz?

– Sənətimi ataram. O qərarı mənə elçi gəldiyi üçün verərəm. Müğənnilik fəaliyyətimə son qoyub modelliklə məşğul olacam. Şəxsi biznesim olacaq.

– Müğənni ilə evlənərsiniz?

– Xeyr, evlənmərəm. Çünki özüm də müğənniyəm. Müğənni fanatlarının necə olduğunu bilirəm. Çox qısqancam.

– Ailədə dörd uşaqsınız, əkizlər necədir? Onların üzünü nə zaman görəcəyik?

– Əslində, ailədə dörd yox, altı uşağıq. Atamın ilk nikahından iki övladı var.

– Ögey bacı-qardaşlarınızla münasibətiniz necədir?

– Çox yaxşı…

– Bir müddət əvvəl Rəqsanə xanımın ögey oğlu ilə səmimi fotonuz yayıldı və sevgili olduğunuz qeyd edildi. Bu nə dərəcədə dorğu idi?

– Hamı dedi ki, onlar sevgilidirlər. Əlbəttə ki, doğru deyildi. Mənim xəbərim olmadan ad günümə sürpriz edib, Bakıya gəlmişdi. Onu görüb şoka düşmüşdüm. Dans oynamışdıq və ona görə elə şayiə yaymışdılar. Biz bacı-qardaşıq, elə şey olar?..

– Rəqsanə xanım artıq vətənə qayıdır. Həyat yoldaşı ilə birlikdə köçəcək? Çünki Fazil bəy Moskvada fəaliyyət göstərir.

-Bəli, anam martada Bakıya köçür, atam da gələcək. Oradakı işləri güvəndiyi insanlara etibar etməyi planlaşdırırlar.

Onlar bilir ki, mən Moskvanı sevmirəm. Moskvaya tez-tez gedib gələcəklər.

– Paxıl həmkarları Rəqsanə xanımın Bakıya qayıdışından narahat olacaqlar?

– Nə bilim, vallah… Hər kəsin öz tamaşaçısı var. Narahatlıq ola da bilər, olmaya da.

– Rəqsanə xanım haqqında hansı şayiə sizə pis təsir edir?

– Mən şayiələrə fikir vermirəm. Çünki anamı çox gözəl tanıyıram.

– Onunla düşmənçilik edənlər sizə mane olurlar?

– Xeyr, onun elə düşməni yoxdur. Anam hər kəsə yaxşılıq edir.

– Prodüser Təranə Səmədova ilə qalmaqal yaşadınız. Hazırda barışmağa cəhd etmisiniz?

– Heç vaxt. Onunla barışmaq mənim nəyimə lazımdır. Ondan suyum-çörəyim gəlmir. O xanım yadımıza da düşmür. Özü bizim haqqımızda danışmasa, bilmərik ki, var, yoxsa yox…. Onu heç vaxt bağışlaya bilmərəm.

– Bir müddət əvvəl ananızın Təranə Səmədovanın döydürməsi haqqında mətbuatda xəbər yayılmışdı. Nə dərəcədə doğru idi?

– Anam o qəlbə sahib insan deyil. Onu gözəl tanıyırlar. Bu qədər haqsız danışanlar axirəti düşünmürlər, Allahdan qorxmurlar.

– Şou-biznesdən iyrəndiyiniz vaxt olub?

– Hələ ki o vəziyyəti yaşamamışam. Şou-biznesdə problemim olmayıb və bir-iki nəfərdən başqa heç kimi yaxınıma buraxmıram. Amma gələcəkdə ailə qurmaq istəyən xanımın şou-biznesə qatılmasını istəmərəm. Çünki səhnəyə çıxan müğənniyə pis baxırlar.

– Rəqsanə xanım son vaxtlar İnstaqramda açıq-saçıq fotoları ilə diqqət çəkir. Maraqlıdır ki, Fazil bəyin ona hər hansı qadağası yoxdur?

-Atam Rusiyada böyüb, elə şeylərə pis baxmır. Anamı gözəl tanıyır. Hər ikisi müasir insanlardırlar.

– Bəs, sizə hər hansı qadağası varmı?

– Mənə qadağası yoxdur. Amma hər dəfə danışanda deyir ki, qızım, ağıllı ol. Onsuz da ondan qorxuram. Anamın da mənə heç bir qadağası yoxdur. Biz rəfiqə kimiyik.

– Maşın-şouda aparıcı Kəmalə Piriyeva ilə problem yaşadınız.

– O xanımdan küsməmişəm. Sadəcə Maşın-şouda heç kim içəridə olanları görmürdü. Amma o qədər özgüvənli insanları sevmirəm. Hər kəsin öz həyatı var.

– Moskvadakı villanızdan başqa nəyiniz var?

– Bakıda iki evimiz və iki avtomobilimiz var.

Mövzunu Facebookda şərh et