backend

İki generalın qohumları Nabranda qan tökdülər-İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə yerinə gələn polis əməkdaşları və əməliyyatçılar söyüş və təhqirə “qonaq edildi”
Ayın 26-dan 27-nə keçən gecə, Nabranda böyük bir biyabırçılıq yaşanıb. Beləki, çılpaq formada öz dəstələri ilə “SunSet” İstirahət Mərkəzinin diskotekasına girmək istəyən Toğrul Məmişov və Murad Talıbov , mühafizəçilər tərəfindən içəri buraxılmayıb. Qapıçılar onları ictimai qaydalara riayət etməyə çağıraraq, meydançaya yalnız paltarlı vəziyyətdə girə biləcəklərini deyiblər.
Bundan əsəbləşən gənclər yaxınlıqdakı “Palermo” adlı obyektə gedərək, orda yeyib-içiblər. Gənclər məclisdən qayıdanda, “SunSet” İstirahət Mərkəzinin mühafizəçilərinin işdən sonra şam yeməyi yediklərini görürlər.
Çılpaq olduqlar üçün meydançaya buraxılmayan Toğrul Məmişov və Murad Talıbov, hərəsi öz dəstəsi ilə, müxtəlif istiqamətlərdən, oturub sakitcə şam edən mühafizəçilərə hücub edirlər. Nəticədə, qəfil hücumdan özlərini itirən mühafizəçilər ölümcül döyülürlər.
Maraqlıdır ki, Toğrul Məmişov Respublika Prokurorluğunun Baş Təhcizat və Təminat İdarəsinin rəisi general Niyaz Məmişovun qardaşı oğludur. Hadisədəki digər dəstə başçısı Murad Talıbov isə Dövlət Miqrasiya Xidmətinin rəisi, general Firidun Nəbiyevin bacısı oğludur.
Vaxtilə polisdən içdən çıxarılan Murad Talıbov hazırda FHN-nin Akademiyasında təhsil alır.
Hal hazırda mühafizəçilər rayon xəstəxanasına yerləşdirilsə də, onların yaxınları və qohumları böyük bir təhdid altında olduqlarını bildirirlər. Çünki, başlarında 10- a yaxın idmançı və tüfeyli adamların toplaşdığı bu iki general qohumunun nələrə qadir olduqlarını hamısı yaxşı bilir.
Qeyd edək ki, hadisə yerinə gələn polislərin söyüş və təhqirə məruz qalmaları və bunun müqabilində, adıçəkilən şəxslərə heç bir şey edə bilməmələri də, hər iki şəxsin və onların dəstələrinin hansı gücə sahib olduqlarını xəbər verir.
Onu da qeyd edək ki, bu hadisə hər iki dəstənin ilk hadisəsi deyil. Ancaq dəfələrlə belə olaylar törətmiş bu iki dəstə general qohumlarının dəstəyi ilə çox rahat şəkildə məsuliyyətdən kənarda qala biliblər.
Hadisənin şahidləri bildirir ki, hər iki gənc açıq-aydın şəkildə, bu ölkədə heç kimin onlara bata bilməyəcəyini, lazım gələrsə, pul gücünə rayon rəisini belə dəyişdirə biləcəklərini elan ediblər.
Hazırda bütün region bu hadisənin nə ilə nəticələnə biləcəyini gözləyir.
Mənbə: ww.emtv.az