Azərbaycan universitetləri İstanbulda Avrasiya Ali Təhsil Zirvəsində təmsil olunacaq

00:27 | 13 Fevral, 2020

Dosent Mustafa Aydın: “Zirvə bölgənin və dünyanın ali təhsil müəssisələri arasında ciddi əməkdaşlıq əlaqələrinin qurulmasına kömək olacaq”

19-21 Fevral 2020-ci il tarixlərində Avrasiya Universitetlər Birliyinin dəstəyi ilə (EURAS) İstanbulun Lütfi Kırdar Konqres Mərkəzində reallaşdırılacaq olan Avrasiya Ali Təhsil Zirvəsinə (EURİE) hazırlıqlar sürətlə davam edir. Bütün Avrasiya bölgəsini əhatə edəcək olan ali təhsil zirvəsi dünyanın elm və təhsil ictimaiyyətinin diqqət mərkəzindədir.

EURİE ilə bağlı açıqlama verən Avrasiya Universitetlər Birliyinin (EURAS) sədri Dosent Mustafa Aydın buna bənzər sərgi və zirvələrin keçirildiyi bölgələrdə təhsilin keyfiyyəti, beynəlxalq tanınırlığı və beynəlxalq tələbə mübadiləsində mühüm rol oynadığını deyib. Mustafa Aydın Şimali Amerikada təşkil olunan NAFSA, Avropa Konfransı (EIAE) və Asiya Pasifik Konfransını(APAIE) xatırladaraq, təşkil edəcəkləri EURİE-nin dünyanın bu sahədəki 4-cü Böyük zirvəsi olacağından böyük qürur duyduqlarını deyib.

Картинки по запросу "dr mustafa aydın"

Dosent Mustafa Aydın, EURIE – Avrasiya Ali Təhsil Zirvəsinin məqsədlərindən söz açıb: “Bu zirvənin keçirilməsində məqsəd Türkiyənin ali təhsil sektorunu dünyaya tanıtmaq, Türkiyəni bu sektorda bir cazibə mərkəzi halına gətirmək, ikitərəfli əlaqələri və beynəlxalq tələbə sayını artırmaqdır. Zirvə eyni zamanda bölgənin və dünyanın ali təhsil müəssisələri arasında ciddi əməkdaşlıq əlaqələrinin qurulmasına, elm və təhsil sahəsində yeni qlobal uğurların qazanılmasına kömək olacaq”.

3 gün ərzində davam edəcək olan sərgi və konfransda iştirakçılara dünyadakı son yenilikləri önəmli təhsil adamları vasitəsilə öyrənmək şansı yaradılacaq.

Qeyd edək ki, Avrasiya Ali Təhsil Zirvəsində Azərbaycandan da bir sıra universitetlər təmsil olunacaq.

//Editor.az

Mövzunu Facebookda şərh et