backend

İcra başçısının ünvanına ağır İTTİHAMLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aqil Nəzərli vəzifəyə şantaj yolu ilə gəlib?
Redaksiyamıza Laçın rayonu Kalafalıq kənd sakini Əlqulu İbrahimov tərəfindən daxil olan ərizədə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin icra başçısı gəlmək üçün qeyri-qanuni yollara əl atdığı iddia olunur.
Hələ 2013-2016-cı illərdə Laçında icra başçısının müavini vəzifəsində işləyən Aqil Nəzərli başçı olmaq arzusu ilə yaşayırdı.  A.Nəzərli çətin olsa da bu arzusunu reallaşdırdı, ancaq hansı yollarla, bu, ən çox sual doğuran məqamlardandır.

“Müqabil Nəzərli təkidlə mənə deyirdi ki, icra başçısından və idarə müdirlərindən yuxarılara şantaj xarakterli müraciətlər yazmalıyıq ki, qardaşım Aqili icra başçısı etsinlər.”

Keçmiş icra başçısı Akif Səlimovun fəaliyyət illərində Aqil Nəzərlinin başçı olması yolunda qardaşı Müqabil Nəzərlinin böyük rolu olub.
Belə ki, Müqabil Nəzərli bir müddət şikayətçi Alqulu İbrahimovun “Facebook” hesabından icra başçısı Akif Səlimov haqqında tənqid xarakterli paylaşımlar edirdi və bu paylaşımların ardından qarşı tərəf Əlqulu İbrahimovu məhkəməyə vermişdi.
“Biz Akif Səlimova qarşı haqsızlıq edirik, ona görə də maşınımız yandı!”
“Müqabil Nəzərli aşkar formada deyirdi ki, yuxarılara tənqidi, nöqsanları göstərən müraciətlər yazmalıyıq ki, qardaşı Aqil Nəzərlini icra başçısı vəzifəsinə təyin etsinlər. Hətta Aqil Nəzərlinin qardaşı bunlarla da kifayətlənməyib, mənim telefonuma səsyazan proqramlar da yükləmişdi və həmin dövrdə Laçın rayon Mədəniyyət Şöbəsinin müdirinin səsyazma yolu ilə şantajını o təşkil etmişdi.
Yadımda qalan əsas hadisə isə yenə bir dəfə Müqabil Nəzərlinin Akif Səlimov haqqında yalan müraciətlər yazmaq üçün yanıma gələndə idarə etdiyi VAZ 21031 markalı avtomobilin yanmasıdır. Yanan maşına baxan Müqabil Nəzərli, biz Akif Səlimova qarşı haqsızlıq edirik, ona görə də maşınımız yanır – demişdi.” – şikayətçi öz ərizəsində bildirib.
Hazırda şikayətçi Alqulu İbrahimov haqqında Laçın Rayon Məhkəməsi tərəfindən 2800 AZN cərimə tərtib olunub.
Bu cərimənin səbəbi isə bir zamanlar Müqabil Nəzərlinin Alqulu İbrahimovun adından şəxsi və qardaşının maraqları naminə istifadə etməsidir.
“Aqil Nəzərli mənə otağında dedi ki, mətbuata yaz ki, guya Akif Səlimov başçı işlədiyi müddətdə Ermənistanla telefon əlaqəsi yaradıb.”
Aqil Nəzərli bu məsələni ört-basdır etmək üçün İcra Hakimiyyətinin Xeyriyyə Fondundan hər ay Əlqulu İbrahimova 150 manat göndərəcəyini və məhkəmənin kəsdiyi cəriməni bu yolla bağlayacaqlarına dair vədlər verib. Bundan əlavə, Aqil Nəzərli atasını və qardaşı Müqabil Nəzərlini tez-tez şikayətçinin evinə göndərib, onların adının məhkəmədə çəkilməməsini xahiş edib.
Əlqulu İbrahimovu məhkəmə ərəfəsində İcra Hakimiyyətinə çağıran Aqil Nəzərli deyib ki, mətbuata yalan açıqlama ver və de ki, guya Akif Səlimov işlədiyi müddətdə Ermənistanla telefon əlaqəsi yaradıb.
Əlqulu İbrahimov bildirir ki, Aqil Nəzərli hələ də bu yollardan əl çəkməyib və onun yeni planlarının arasında 10-15 ildir çalışan bəzi idarə müdirlərini işdən kənarlaşdırıb, rüşvət qarşılığında yeni şəxsləri işə götürmək var.
Sonda şikayətçi prezident İlham Əliyevə və onun xanımı, birinci vitse-prezident Mehriban Əliyevaya müraciətini ünvanlayıb:
“Hörmətli prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, sizdən xahişim odur ki, bu məsələni şəxsən nəzarətə alasınız və mənim kimi sadə vətəndaşların şər-böhtandan xilas olmasına yardımçı olasınız.”
Məsələ ilə bağlı münasibət öyrənmək üçün Laçın RİH ilə əlaqə saxladıq, ancaq dəstəyi qaldıran olmadı.
//Bolgexeber.com