MSK: Səsvermə günü baş verən pozuntuların 90 faizi sosial şəbəkələrdə yayılan görüntülərdir

19:00 | 13 Fevral, 2020

Səsvermə günü baş verən pozuntuların 90 faizi sosial şəbəkələrdə yayılan görüntülərdir.

Editor.az  Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov vurğulayıb ki, qanun pozuntularını çəkən adam onu çəkdiyi anda sosial şəbəkələrə yerləşdirir: “Bu çox gözəl ənənədir. Məhz bu məqsədlə məntəqələrdə baş verən qanun pozuntularına münasibət bildirən bloggerlərə minnətdarıq”.