Üç uşaq anası təyyarədə aşağılandı, 76 kq arıqladı – FOTO

22:01 | 13 Fevral, 2020

Kanadalı Kelsi Bonas 76 kq arıqlayıb. Onun dediyinə görə, təyyarədə olarkən təhlükəsizlik kəməri belinə gəlmədiyi üçün aşağılanandan, ələ salınandan sonra arıqlamağa qərar vermişdi.

Editor.az  Daily Mail-ə istinadən bildirir ki, Ontariodan olan 32 yaşlı Kelsi ərə gedərək Britaniyada yaşamağa başlayandan sonra kökəlməyə başlamışdı. Fast-fuda dadanan qadın gündə 4 min kaloriyə qədər yemək yeyirdi.

“Gündə iki-üç dəfə McDonalds-a gedirdim. Nəticədə çəkim 136 kq-a çatdı. Köklüyüm uşaqlarımla oynamağıma imkan vermirdi. Təyyarədə qarnım böyük olduğundan təhlükəsizdik kəmərini bağlaya bilmədim. Arıqlamağa qərar verdim.  Əvvəllər də pəhriz saxlayırdım, amma sonra yenidən kökəlirdim”, – Kelsi deyib.

Burgenlərdən imtina edərək sağlam qidalanmağa başlayandan və mədə şuntlaması əməliyyatından sonra o, arıqlamağa başlayıb.

İndi o, 76 kq arıqlayıb.
Mövzunu Facebookda şərh et