Qələbəsi ləğv edilən Çingiz Qənizadədən İLK AÇIQLAMA

01:00 | 14 Fevral, 2020

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadənin nəticələri ləğv olunub.

Pravda.az-ın xəbərinə görə, nəticələrin ləğvi ilə bağlı Çingiz Qənizadə bunları deyib:

“İndi açıqlama vermək vaxtıdır? Bir imkan verin görək, prosesdə nə gedir. Qoyun görək, nə olur”.

Qeyd edək ki, MSK sözügedən dairə ilə bağlı deputatlığa namizədlər – Hikmət Şirinov və Razim Əmiraslanovun müraciətlərini nəzərə alaraq, Çingiz Qənizadənin nəticələrini ləğv edib.