Gündüz Əliyev Zakir Fərəcova qarşı: Sumqayıtda seçki sabotajı

02:29 | 14 Fevral, 2020

9 fevral növbədənkənar parlament seçkiləri artıq arxada qalıb. Seçkinin nəticələri və gedişatı heç şübhəsiz hakimiyyətin siyasi texnoloqları tərəfindən təhlil ediləcək. Amma proses zamanı baş verən bəzi detallar da ayrı ayrı bölgələrdə idarəçi komanda daxilində bir çoxlarının siyasi simasını üzə çıxartdı. İlk baxışda diqqəti çəkməyən amma prosesin arxa qatında ciddi səbəblərin durduğu yerlərdən biri də Sumqayıt çəhəri idi. Baş verənləri təhlil edərək Anaxeber.info bildirrir ki, seçki dönəmində birdən birə Sumqayıt şəhərinin dörd dairəsi və xüsusilə şəhər icra başçısı hədəfə gətirildi. Mediaya ötürülən həmin yazılarda seçki dairələrində saxtakarlığa hazırlıq görüldüyü və bu prosesin də başında icra başçısı Zakir Fərəcovun durduğu deyilirdi. Hadisələrin sonrakı inkişafında isə Sumqayıtdakı iki – 42 və 44 saylı dairələrdə qısa müddətlı problem yaşandı və bu dairələrin nəticələrinin elan olunması yubandı. Düzdür sonradan bütün nəticələr MSK-nın saytına yerləşdirildi, amma baş verənlər nəyinsə qaydasında olmadığından xəbər verirdi.
Aysberqin görünməyən tərəfi haqda məlumatlara keçməzdən öncə bildirək ki, Zakir Fərəcov icra başçısı kimi kifayət qədər təcrübəli bir idarəçidir və onun rəbər olduğu şəhərdə seçki probleminin yaşanması ağlabatan deyil. Elə bu səbəbdən ilk ehtimal kimi şəhər rəhbərliyi daxilində xəyanətin olması düşünülür. Bununla bağlı məlumatlı mənbənin Anaxeber.info-ya bildirdiyinə görə, Sumqayıtdakı seçki prosesində birbaşa Zakir Fərəcova zərbə vuracaq oynun arxasında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev durub. Mənbənin sözlərinə görə, əslində G.Əliyevin məqsədi icra başçısına qarşı çıxmaq olmayıb: “Əsas məqsəd Sumqayıtda seçki prosesinə birbaşa məsul olan icra başçısının birinci müavini Teymur Səmədova zərbə vurmaq olub. Gündüz Əliyevin Teymur Səmədova qarşı çoxdan ədavəti var və icra başçısının yanında daha üstün mövqe qazanmaq üçün hər fürsətdə onu “vurmağa” çalışır. Seçki prosesi də belə bir fürsətlərdən biri idi. Heç şübhəsiz icra hakimiyyətinin müdafiə etdiyi şəxslər hakim partiya tərəfindən namizədliyi irəli sürülən şəxslər idi və icra strukturları onların seçilməsində maraqlı idi. Sumqayıtın bütün dörd dairəsindən YAP namizədinin millət vəkili seçilməsi ilk növbədə icra başçısının “yuxarı”da reytinqinin artması deməkdir və bu proses birinci müavin Teymur Səmədova həvalə edilmişdi. İcra hakimiyyətinin digər iddialı fiquru Gündüz Əliyev isə ayrı ayrı dairələrdə hakimiyyətin siyasi kursunu müdafiə edən digər namizədlərə gizli dəstək verirdi. Hətta seçki günü həmin namizədlərin daha çox səs toplaması üçün imkanı çatan inzibati resurslardan istifadə etmə halları da baş verib”.