Prezident İlham Əliyev Münxendə Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb – FOTO

12:36 | 14 Fevral, 2020

Editor.az  AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norov ilə görüşüb.