Bu ölkədə İranla bağlı şok araşdırma: 5 milyard dollar…

15:43 | 15 Fevral, 2020

Bəhreyndə İrana məxsus 5 milyard dolların silinməsi ilə bağlı istintaq işi başladılıb.

Editor.az  Axar.az-a istinadən xəbər verir ki, bu barədə danışan Bəhreynin Baş prokuroru Əli bin Fadl əl-Buayneyn İran üçün çirkli pulların yuyulmasında ittiham olunan şəxslərə qarşı istintaq başladıldığını bəyan edib.

İstintaq çərçivəsində minlərlə pul köçürülməsinin araşdırıldığını deyən Buayneyn ümumi məbləğin 5 milyard dollar civarında olduğunu qeyd edib.

“Əl-Ərəbiyyə” telekanalının yaydığı məlumata əsasən, İran Milli Bankı və Sədarət Bankı tərəfindən Bəhreyndəki Əl-Müstaqbel Bankı vasitəsi ilə nəzarət altına alınan pulların yuyulmasına dair araşdırma aparılır.

İran hələ məsələ ilə bağlı açıqlama verməyib.
Mövzunu Facebookda şərh et