backend

Hacıqabuldakı silahlı 11 nəfər belə yaxalandı – Əməliyyatdan görüntülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Daxili İşlər Nazirliyi bir neçə gün əvvəl Hacıqabulda silah-sursatın və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan, əvvəllər məhkum olunmuş 11 nəfərin görüntülərini yayıb.
Qurumun mətbuat xidmətindən Editor.az-a daxil olan məlumatda bildirilir ki, baxış zamanı onların üzərlərindən və yaşadıqları mənzillərdən 1 ədəd avtomat silah, 1 “Makarov” tipli tapança, 4 qumbara, 60 patron, 2 patron darağı və ümumi çəkisi 5 kiloqrama yaxın müxtəlif növ yüksək təsiredici narkotik vasitələr aşkar edilərək götürülüb.
Qeyd olunan faktlar üzrə cinayət işləri qaldırılıb, zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.