backend

Gəlin toy gecəsi bəyə atəş açdı: "Qudurma, həddini aşma!"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Tennesi ştatında sabah 25 yaşlı Keyt Elizabet Prikardın məhkəmə prosesi başlanacaq.

O, 30 yaşlı əri Ceyms Cared Bertonu ölümlə hədələməkdə və ona atəş açmaqda suçlanır.
Olay Tennesinin Merfisboro şəhərinin kənarındakı “Clarion Inn” motelində baş verib. Toydan sonra bu motelə yollanan Ceymslə Keyt gecəni lüks nömrələrdən birində keçirmək, ertəsi gün evə yollanmaq qərarına gəlmişdilər.
Toyda içib sərxoş olmuş bəylə gəlin arasında moteldə mübahisə düşüb və davaya çevrilib.
Motel əməkdaşlarının dediyinə görə, əynində gəlin paltarı olan Keyt ərini, təzə bəy Ceymsi itələyərək həyətə çıxarıb.
Keyt gəlinlik paltarının altında gizlətdiyi tapançanı çıxarıb, Ceymsə tuşlayıb və “Qudurma, həddini aşma!” qışqırıb.
Ceymsin dediyinə görə, Keyt bunu deyərək atəş açıb.
Şahidlər də gəlinin iki dəfə atəş açdığını təsdiqləyiblər.
Keyt Elizabet Prikard sərxoş olduğundan səndərləyirdi və bu səbəbdən açılan güllələr onun ərinə, təzə bəyə dəyməyib.
Motel əməkdaşlarının çağırdıqları polislər Keyti tutublar.
Keyt polis idarəsində verdiyi ifadəsində bildirib ki, 7 yaşından atıcılıqla məşğuldur və həmişə üstündə tapança gəzdirir.
Toy günü də istisna olmayıb. Həmin gün Keytin belində, gəlinlik paltarının altında 9 mm çaplı “Beretta” tapançası vardı.
///Milli.Az