Lənkəranda usta faciəli şəkildə öldü

16:07 | 16 Fevral, 2020

Lənkəran şəhərində 62 yaşlı usta ehtiyatsızlıqdan yıxılaraq vəfat edib.

dünən axşam saatlarında şəhər sakini 1958-ci il təvəllüdlü Nəhmət Sərəng oğlu Məmmədov usta kimi çalışdığı evin hasarında qaynaq işi görərkən yüksəklikdən yıxılıb.

N.Məmmədov kəllə-beyin travması ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, bu gün səhər saatlarında vəfat edib. Mərhumun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mövzunu Facebookda şərh et