Nəticələrlə bağlı şikayət edilən seçki dairələrinin TAM SİYAHISI

15:21 | 17 Fevral, 2020
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçiriləcək iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin nəticələri ilə bağlı müraciətlərə baxılacaq.
Editor.az BAKU.WS-ə istinadən xəbər verir ki, 40 seçki dairəsi üzrə nəticələrdən şikayət edilib və MSK müraciətlərə baxılması üçün Dairə Seçki Komissiyalarına göndərib.
Bunlar aşağıdakılardır:
9 saylı Binəqədi ikinci seçki dairəsi: Lider namizəd Kəmaləddin Qafarov
10 saylı Binəqədi: Lider namizəd Madər Musayev
11 saylı Qaradağ seçki dairəsi: Lider namizəd Aydın Hüseynov
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi: Lider namizəd Xasayeva Səbinə
14 saylı Xəzər: Lider namizəd Soltan Məmmədov
15 saylı Yasamal seçki dairəsi: Lider namizəd Ülvi Quliyev
16 saylı Yasamal ikinci seçki dairəsi: Lider namizəd Erkin Qədirli
18 saylı Nərimanov-Nizami seçki dairəsi: Lider namizəd Rasim Musabəyov
23 saylı Nəsimi-Səbail seçki dairəsi: Lider namizəd Ziyad Səmədzadə
28 saylı Sabunçu: Lider namizəd Eldar Quliyev
29 saylı Səbail seçki dairəsi: Lider namizəd Nigar Arpadari
31 saylı Suraxanı ikinci seçki dairəsi: Lider namizəd Etibar Əliyev
41 saylı Sumqayıt birinci seçki dairəsi: Lider namizəd Hicran Hüseynova
42 saylı Sumqayıt seçki dairəsi: Lider namizəd Tahir Mirkişili
45 saylı Abşeron: Lider namizəd Oqtay Əsədov
47 saylı Mingəçevir seçki dairəsi: Lider namizəd Aydın Mirzəzadə
54 saylı Şabran-Siyəzən seçki dairəsi: Lider namizəd Qurbanov Sadiq
56 saylı Xaçmaz kənd seçki dairəsi: Lider namizəd Mikayılova Sevil
57 saylı Kürdəmir: Lider namizəd Əminə Ağazadə
60 saylı Salyan-Neftçala: Lider namizəd Fəzail Ağamalı
63 saylı Sabirabad birinci seçki dairəsi: Lider namizəd Cəfərov Kamal
67 saylı Cəlilabad şəhər: Lider namizəd Malik Həsənov
72 saylı Yardımlı-Masallı seçki dairəsi: Lider namizəd Musa Qasımlı
73 saylı Lənkəran şəhər: Lider namizəd Rüfət Quliyev
77 saylı Astara seçki dairəsi: Lider namizəd Rəşad Mahmudov
78 saylı Lerik seçki dairəsi: Lider namizəd İqbal Məmmədov
79 saylı İmişli seçki dairəsi: Lider namizəd Razi Nurullayev
81 saylı Beyləqan: Lider namizəd Şahin İsmayılov
82 saylı Ağcabədi seçki dairəsi: Lider namizəd Tahir Rzayev
91 saylı Ucar seçki dairəsi: Lider namizəd Ramil Həsən
92 saylı Zərdab-Ucar: Lider namizəd Əliyeva Jalə
94 saylı Bərdə kənd seçki dairəsi: Lider namizəd Zahid Oruc
95 saylı Tərtər: Lider namizəd Sahib Alıyev
106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi: Lider namizəd Ülviyyə Ağayeva
109 saylı Balakən: Lider namizəd Nəsib Məhəməliyev
110 saylı Zaqatala: Lider namizəd Elşən Musayev
112 saylı Qax seçki dairəsi: Lider namizəd Azər Kərimli
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd: Lider namizəd Elman Məmmədov
125 saylı Zəngilan-Qubadlı: Lider namizəd İmamverdi İsmayılov
Qeyd edək ki, iclas bu gün 16:00-da keçiriləcək.
Xatırladaq ki, bundan öncə Çingiz Qənizadə, Hüseynbala Mirələmov, Rauf Arifoğlu və Hadi Rəcəblinin lider namizəd olduğu seçki dairələrinin nəticələri ləğv olunub.
Mövzunu Facebookda şərh et