Şəmkirlilər yeni seçki tələb edir: “Biz Sahibə Qafarovaya səs verməmişik” – VİDEO

03:33 | 18 Fevral, 2020
Şəmkir şəhər sakinləri 98 saylı seçki dairəsindən Sahibə Qafarovanı seçmədiklərini bildiriblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə saytımıza videomateriallar daxil olub. Həmin videolarda şəmkirlilər toplu şəkildə yığışaraq prezidentə müraciətlər ünvanlayıblar: “Şəmkir şəhərinin 98 saylı Seçki dairəsində saxtakarlıqlar olub. Biz Sahibə Qafarovanı bu günə kimi görməmişik. Aidiyyəti orqanlardan xahiş edirik ki, deputatımız Elfaq Səfərov olsun. Sahibə Qafarova heç vaxt problemlərimizi həll etməyib”.
Şəmkirlilər sözügedən dairədə seçkilərin yenidən keçirilməsini istəyirlər.
Qeyd edək ki, MSK-nın açıqladığı ilkin məlumata görə, 98 saylı Seçki dairəsindən lider namizəd S.Qafarovadır. Ancaq sosial şəbəkələrdə yayılan videogörüntülərdə sözügedən dairədə seçki zamanı bir çox qanun pozuntularına yol verildiyi görülür.

Mövzunu Facebookda şərh et