Belçikalı deputat: ”Münhen görüşü bir daha sübut etdi ki, Ermənistan işğal etdiyi torpaqlardan çıxmalıdır”

15:20 | 18 Fevral, 2020

Qarabağ Azərbycan torpağıdır. Tarixi, hüquqi sənədlər bunu təsdiqləyir.

Diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk  bildirib ki, bu sözləri Belçikanın tanınmış türkəsilli millət vəkili, ekspertin dostu Şevket Temiz deyib.

Millət vəkili Azərbaycan Prezidenti İlham Əliyevin əsaslı faktlarla danışdığına diqqətə çəkib. “Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan baş naziri Nikol Paşinyanı faktlar qarşısında qoydu. Heç kim reallıqdan kənar qaça bilməz. Əsas reallıq budur ki, Ermənistan işğal etdiyi torpaqları tərk etməlidir. Beynəlxalq hüquq bunu tələb edir. Təəssüf ki, Ermənistan buna məhəl qoymur və beynəlxalq qərarları qulaq ardına vurur. Münhen görüşü Ermənistanı beynəlxalq arenada tarixi, hüququ fakt qarşısında qoydu. Deyərdim ki, baş nazir özünü biabır etdi”, – deyə millət vəkili açıqlamasında söyləyib.

Mövzunu Facebookda şərh et