Rusiya-Dağıstan sərhədində azərbaycanlı tutuldu – FOTO

15:53 | 18 Fevral, 2020

Rusiya-Dağıstan sərhədində azərbaycanlı saxlanılıb.

o, “Mitsubihi l 300” markalı avtomobilində qanunsuz qəlyan tütünü keçirmək istəyib.

Qanunsuz məhsulun ümumi çəkisi 36 kiloqram olub. Azərbaycan vətəndaşı məhsulu avtomobilinin baqajında dəmir hissənin altında gizlədib.

Məhsul götürülərək ekspertizaya göndərilib.

Faktla bağlı “məhsulun sərhəd nəzarətindən gizlədilməsi” maddəsi ilə inzibati iş açılıb.

Mövzunu Facebookda şərh et