Sevgilisi ilə mübahisə edən kişi özünü ağzından güllələdi – Azərbaycanda

00:04 | 20 Fevral, 2020

Sumqayıtda sevgilisi ilə mübahisə edən balıqçı özünü güllələyib.

Editor.az  APA-ya istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində dənizkənarında qeydə alınıb. 1975-ci il təvəllüdlü Qreçkin Vitaliy Sergeyeviç Rusiyada yaşayan sevgilisi ilə telefonda mübahisə edib. Sevdiyi xanımdan rədd cavabı alan kişi silahla özünü ağzından güllələyib. Nəticədə o aldığı xəsarətdən ölüb. Onun meyiti müayinə olunmaq üçün ekspertizaya təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mövzunu Facebookda şərh et