Buzovnada mühafizəçiyə çoxsaylı bıçaq zərbələri vuruldu

02:37 | 20 Fevral, 2020

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Yeni Sabah” xəbər verir ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.

Albalılıq yaşayış massivində mühafizəçi işləyən 1980-ci il təvəllüdlü Qayıbov Pənah Şükür oğlu tanımadığı şəxslərlə mübahisə edib.

Nəticədə o, bədəninin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq xəsarəti alıb.

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. /APA

Mövzunu Facebookda şərh et