Orqanizmdə su çatışmadığını göstərən 9 əlamət – Çox xəstəliklərin səbəbi

02:46 | 20 Fevral, 2020

Beyin, qan, ürək, böyrəklər, qaraciyər, neyronlar, sinirlər, gözlər su ilə fəaliyyət göstərir, normal funksiyaları üçün əsas komponentlərdən biri də sudur.

Əgər orqanizm susuzdursa, o zaman bütünlükdə bədən, beyin, orqanlara neqativ təsir göstərir.

İnsan yalnız susuyanda suya ehtiyacı olduğunu düşünür. Lakin bu belə deyil.

Milli.Az medicina.az-a istinadən bədəndə su çatışmazlığından yaranan əlamət və narahatlıqları təqdim edir.

Əgər bu sadalananlardan ən azı 3-4ü sizdə varsa, deməli, dərmanınız sudur. Suyu bir qədər artırın.

1. Ağızda, dildə quruluq – ən açıq aşkar əlamətlərdən biridir.

2. Quru dəri, quru saçlar – dəri bədənin ən nəhəng orqanıdır. O, suyun çox hissəsini götürür.
3. Az tərləyirsiz – Axır vaxtlar az tərləyirsiz, bədən səthindən az su çıxırsa buna sevinməyin. Deməli, su az içirsiz və tərlə bədəndəki toksinlər çıxmır, elə orqanizmdə qalır

4. Gözlərdə sanki qum batma, yanma hissi – qırmızı, quru, yorğun, qızaran, yanan gözlər də su çatışmazlığını göstərir. Susuzluq gözləri məhv edir.

5. Oynaqlarda ağrı – az su içən insan gəzəndə dizləri ağrıyır, əsasən iş görəndə, pilləkən çıxanda ağrı, sanki qırılma hissi, oynaq səsi gəlirsə, deməli qığırdaqlar susuzdur

6. Əzələ kütləsinin azalması, arıqlama – Əzələ toxuması 60% sudan ibarətdir. Əgər siz normal miqdarda onlara su vermirsizsə, əzələ kütləsi yığa bilməyəcəksiz. Ona görə idmandan sonra su içmək çox vacibdir.

7. Tez-tez xəstələnmək və gec bərpa olmaq – qrip, virus xəstəliklərində orqanizm toksinləri çıxarmaq üçün suya ehtiyac duyur. Lazım olan vaxtda su tapmayan orqanizm viruslarla mübarizə apara bilmir. Su az içən insanlar gec sağalır

8. Yorğunluq, halsızlıq – Orqanizmdəki susuzlaşma qanda oksigen azlığı yaradır, beləcə insan oksigen aclığı yaşayaraq, dincələ bilmir, işləyə bilmir, yorğun, enerjisiz olur

9. Həzm problemləri – mədə şirəsi, bağırsaq işi su ilə çalışır. İnsanın ağız boşluğu daim nəm, sulu olmalıdır. Bağırsaq, mədə selikli qişa su ilə çalışır

Mövzunu Facebookda şərh et