ABŞ müdafiə nazirinin müavini istefaya göndərilib

03:13 | 20 Fevral, 2020
ABŞ-ın müdafiə nazirinin siyasi işlər üzrə müavini Con Rud vəzifəsindən kənarlaşdırılıb.


Bu barədə prezident Donald Tramp “Twitter” səhifəsində yazıb.

“Con Ruda ölkəmizə göstərdiyi xidmətlərə görə təşəkkür edərək gələcək səylərində müvəffəqiyyətlər arzulamağa şadam”, – prezident qeyd edib.

CNN xəbər verir ki, siyasət üzrə müdafiə alt katibi vəzifəsini daşıyan C.Rudun prezident Trampa bu gün ünvanladığı məktubda istefasının 28 fevral tarixində qüvvəyə minəcəyi göstərilir.

Mövzunu Facebookda şərh et