Zakir Qaralov rəisləri işdən çıxartdı – YENİ TƏYİNATLAR

12:27 | 20 Fevral, 2020

Baş Prokurorluqda növbəti kadr təyinatları olub.

Editor.az  Trend-ə istinadən bildirir ki, Baş prokuror Zakir Qaralovun əmri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsinin rəisi, ədliyyə müşaviri Sahib İsmayılov vəzifəsindən azad olunub. O, Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifəsinə təyin edilib.

Bundan başqa, Z.Qaralovun digər əmri ilə Mütəxəssis təhlilləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Rəşid Mahmudov tutduğu vəzifədən azad edilərək Daxili təhlükəsizlik şöbəsinin rəisi vəzifəsinə, kiçik ədliyyə müşaviri Rövşən Abdullayev isə Mütəxəssis təhlilləri şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Baş Prokurorluğun Mətbuat Xidməti Trend-ə faktı təsdiqləyib.

Mövzunu Facebookda şərh et