DTX Neftçala İcra Hakimiyyətində əməliyyat keçirir

13:02 | 20 Fevral, 2020

Dövlət Təhlükəsizlik Xidməti (DTX) Neftçala Rayon İcra Hakimiyyətində əməliyyat keçirir.

Editor.az xəbər verir ki, bu barədə Haqqin.az saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, az əvvəl icra hakimiyyətinin binasının qarşısına DTX-nın xüsusi təyinatlılarının olduğu 4 “cip” gəlib. Binanın qarşısında blok-post qurulub və ora giriş-çıxış qadağan edilib.

DTX Neftçala İcra Hakimiyyətində əməliyyat keçirir

Mövzunu Facebookda şərh et