backend

Cəlilabadda məhkəmədən çıxan qadın öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Cəlilabadda məhkəmədən çıxan 80 yaşlı qadın pilləkənlərdən yıxılaraq ölüb.
Hadisə Cəlilabad Rayon Məhkəməsinin həyətində baş verib.
Belə ki, rayonun Əliqasımlı kənd sakini, 1937-ci il təvəllüdlü Şükufə Aslanova kredit borcuna görə məhkəməyə dəvət edilib. Məhkəmədən çıxarkən Ş.Aslanovanın ayağı pilləkənə ilişib və o, yıxılıb. Ağır kəllə-beyin travması alan Ş.Aslanova Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, yaralı elə oradaca dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
///Report