İmamverdi İsmayılovun lider namizəd olduğu dairənin 11 məntəqəsinin nəticələri etibarsız sayıldı

17:52 | 20 Fevral, 2020
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi üzrə daxil olan müraciət müzakirəyə çıxarılıb.
Editor.az-ın Oxu.Az-a istinadən verdiyi məlumatına görə, həmin dairə üzrə namizədlər Nazim Azadoğlu və Faiq Kərimov şikayət verib.
MSK üzvü Tofiq Həsənov bildirib ki, müraciətlərdə qeyd olunanlar tam şəkildə öz əksini tapmayıb.
MSK-nın iclasında qərara alınıb ki, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi üzrə 1, 10, 13, 32, 36, 37, 38, 39, 40 və 55, 59 saylı məntəqələrinin nəticələri etibarsız sayılsın.
Qeyd edək ki, həmin dairə üzrə lider namizəd İmamverdi İsmayılovdur.
Mövzunu Facebookda şərh et