Terrorçulara qoşulan azərbaycanlı qadını İnterpol axtarır

18:48 | 20 Fevral, 2020

Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı qadını beynəlxalq axtarışa verib.

Editor.az APA-ya istinadən xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, 1996-cı ildə Qusar rayonunda anadan olmuş Diana Babayeva terror təşkilatına və qanunsuz silahlı birləşmələrə qoşulmaqda təqsirli bilinir.

D.Babayevanın barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.

Mövzunu Facebookda şərh et