AVRO-2020-nin başlamasına 4 aydan az vaxt qalır – VİDEObackend

AVRO-2020-nin başlamasına 4 aydan az vaxt qalır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il keçiriləcək futbol üzrə Avropa çempionatının başlamasına, təxminən, 4 aydan az vaxt qalıb. 

Turnir yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə 12 fərqli şəhərdə baş tutacaq. Futbolsevərlər 51 maraqlı matça şahidlik edəcəklər. A qrupunun 3 oyunu və 1/4 final mərhələsinin bir qarşılaşması Bakıda olacaq.

İyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə – Uels, iyunun 21-də isə İsveçrə – Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək. AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda qarşılaşacaqlar.

Avropa çempionatı Bakı ilə yanaşı London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq.