Hərbçimizin ölümündən əvvəl çəkilən son FOTOsu

21:10 | 22 Fevral, 2020

Xəbər verdiyimiz kimi, yanvarın 16-da Tovuz rayonunun Ağdam kəndi istiqamətində itkin düşən hərbçimiz Abbasov Akif Elşən oğlu bu gün torpağa tapşırılıb.

Editor.az bildirir ki, “Qafqazinfo” Akif Abbasovun ölümündən əvvəl çəkilən son fotosunu əldə edib. Fotoda onun anası da yer alıb.

Xatırladaq ki, hərbçimiz Akif Elşən oğlu Abbasov yanvar ayında itkin düşmüşdü. Onun meyiti bir neçə gün əvvəl sərhədin neytral ərazisində tapılmışdı. O, bu gün doğulduğu Ağcabədi rayonundakı Şəhidlər xiyabanında dəfn edilib.

Mövzunu Facebookda şərh et