Yanında işləyən qadını hamilə qoyan 70 yaşlı iş adamına DNT testi ŞOKU

15:33 | 22 Fevral, 2020

Ankarada yaşayan iş adamı yanında çalışan Türkmənistan əsilli qadını hamilə qoyub. Uşağı qəbul etməyən iş adamı DNT testi ilə uşağın özündən olduğu ortaya çıxınca aliment ödəməyə başlayıb.

2013-cü ildə Türkməsintandan Ankaraya gəlib iş adamı S.K.H.-nın evində işə başlayan 31 yaşlı Süheyla H.,iddiaya görə evlilik vədi ilə aldadılıb. Süheyla 3 dəfə hamilə qalıb, 2 dəfə abort olunub. Son hamiləliyində gənc qadın uşağı doğandan sonra 70 yaşlı iş adamı uşağın ondan olmadığını irəli sürərək uşağı qəbul etməyib. DNT testi ilə uşağın yüzdə 99.9 faiz S.K.H.-yə aid olduğu ortaya çıxıb və gənc qadın açdığı atalıq iddiasını qazanıb. S.K.H. uşağın doğum xərcləri üçün Süheyla H.-ya 4 min 700 lirə pul ödəməyə məcbur qalarkən uşaq üçün isə aylıq 400 lirə aliment ödəməyə başlayıb.

Gənc qadının vəkili Varol Turbay S.K.H. haqqında atalığı mənimsəmədiyi üçün mənəvi təzminat iddiası açacaq.

Mövzunu Facebookda şərh et