Qanunsuz olaraq narkotik vasitə saxlayan şəxslər ifşa edilib – VİDEO

07:28 | 23 Fevral, 2020

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələri qanunsuz olaraq saxlamaqda şübhəli bilinən iki rayon sakini Ramin Haşımov və Məmmədəli Dadaşov saxlanılıb. 

şübhəlilər rayonun Dəvədabanı yaşayış massivi ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Onların üzərinə baxış keçirilən zaman Ramin Haşımovdan 130, Məmmədəli Dadaşovdan isə 95 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Dindirilmə zamanı hər iki şəxs narkotik vasitələrin onlara aid olduqlarını və qanunsuz olaraq saxladıqlarını etiraf ediblər.

Məsələ ilə bağlı Quba rayon RPŞ-də cinayət işi açılıb.

 

Mövzunu Facebookda şərh et