Türkiyədə ölənlərin sayı 8 nəfərə çatıb – YENİLƏNİB – FOTO

14:28 | 23 Fevral, 2020

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən zəlzələ nəticəsində Türkiyənin Van rayonunda ölənlərin sayı 8 nəfərə çatıb.

Editor.az APA-ya istinadən bildirir ki, bunu Türkiyə Daxili İşlər naziri Süleyman Soylu bildirib.

Xilasetmə əməliyyatları davam edir.

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən zəlzələ nəticəsində Türkiyənin Van rayonunda 7 nəfər ölüb, 5 nəfər yaralanıb.

Editor.az APA-ya istinadən bildirir ki, Türkiyə Daxili İşlər naziri Süleyman Soyolu Vanın Başqala qəsəbəsinə bağlı Özpınar kəndində 6 nəfər, Güvənlik kəndində 1 nəfər dağıntılar altında qalaraq öldüyünü bildirib.

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu dağıntılar altında qalanların olduğunu bildirib.

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən 5,9 maqnitudalı zəlzələ Türkiyədə dağıntı və tələfata yol açıb.

Editor.az bildirir ki, APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Türkiyənin Van rayonunda dağıntılar altında qalan 7 nəfər ölüb, 5 nəfər yaralanıb.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 08.53 radələrində İranın Xoy şəhərində 5.9 maqnitudalı zəlzələ olub.

Mövzunu Facebookda şərh et