backend

Mövlud Çavuşoğlu Hollandiyaya buraxılmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə ilə Hollandiya arasında qalmaqala səbəb olan hadisə baş verib.
xarici işlər naziri Mövlud Çavuşoğlunun Hollandiyaya getməsinin qarşısı alınıb. Hollandiya tərəfi Çavuşoğlunun uçuş icazəsini ləğv edib.
Prezident Rəcəb Tayyib Ərdoğan Hollandiyanın bu addımına sərt reaksiya göstərib: “Nazirimiz Hollandiyaya getmək istəyərəkən, bu xəbər gəldi. Referendumdan sonra bu işlərlə məşğul olacağıq. Görək, sənin təyyarələrin Türkiyəyə necə gələcək? Mən diplomatiyadan danışıram, vətəndaşların səyahətini nəzərdə tutmuram. Bunlar bu qədər qorxaqdır, nasizmin qalıqlarıdır, faşistdirlər”.
Qeyd edək ki, daha əvvəl martın 11-də Rotterdama gedəcəyini bəyan edən nazir “Hollandiya uçuş icazəmi ləğv edirsə, bizim böyük sanksiyalarımız olar”- deyə, bildirmişdi.
Xarici işlər naziri Mövlud Çavuşoğlunun Rotterdamda mitinq keçirməsinə icazə verilməyib.
Rotterdam bələdiyyə başçısı Əhməd Aboutaleb jurnalistlərə açıqlamasında Çavuşoğlunun diplomatik toxunulmazlığı olduğunu və bunu hörmətlə qarşıladıqlarını, ancaq ictimai mövzularda qadağa üçün başqa səlahiyyətlərə sahib olduqlarını dilə gətirib.
Qeyd edək ki, Xarici işlər naziri Mövlud Çavuşoğlu ötən günlərin birində etdiyi açıqlamada “İki gün əvvəl Hamburqda vətəndaşlarımızla görüşdük. Şənbə günü də bütün maneələrə, irqçi ifadələrə baxmayaraq, inşallah, Rotterdama gedəcəyik. Oradakı türk qardaşlarımızla, türklərlə görüşəcəyik, onlarla həsrəti aradan qaldıracağıq. Bizədə kimsə maneə törədə bilməz” ifadələrini işlətmişdi.
//APA