Astara və Biləsuvar gömrük-sərhəd keçid məntəqələri ilə bağlı RƏSMİ AÇIQLAMA

16:28 | 23 Fevral, 2020

Çində aşkar edilən və qonşu İranda da yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində cənub sərhədlərimizdə yerləşən Astara və Biləsuvar gömrük-sərhəd keçid məntəqələrində profilaktik tədbirlər və dezinfeksiya işləri aparılır və buna görə də həmin məntəqələrdə müəyyən məhdudiyyətlər tətbiq edilib.

Editor.az  bunu qafqazinfo-ya açıqlamasında Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov deyib.

“Ölkə vətəndaşlarının zərurət yaranmadıqca İran İslam Respublikasına səyahət etməmələri tövsiyə olunur”, – deyə qurum rəsmisi əlavə edib.

Mövzunu Facebookda şərh et