Madər Musayevin lider olduğu dairədə məntəqənin nəticəsi ləğv edildi

20:59 | 23 Fevral, 2020

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə seçkilərlə əlaqədar 10 saylı Binəqədi 3-cü Seçki Dairəsi ilə bağlı müraciətə baxılıb.

Editor.az Trend-ə istinadən bildirir ki, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir neçə seçki məntəqəsində seçki prosesinin pozulduğu iddia edilib.

MSK üzvü İlkin Şahbazov bildirib ki, araşdırmalar zamanı qeyd olunan hallar yalnız 16 saylı seçki məntəqəsində öz əksini tapıb. İ.Şahbazov həmin seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

10 saylı Binəqədi 3-cü Seçki Dairəsinin lider namizədi Madər Musayevdir.

Mövzunu Facebookda şərh et