Arvadını və 3 uşağını maşına mindirib yandırdı – Misogenist imiş – FOTO

12:22 | 24 Fevral, 2020

İdmançı həyat yoldaşını və övladlarını öldürdükdən sonra özünə qəsd edib.

Editor.az nypost-a istinadla xəbər verir ki, avstraliyalı keçmiş reqbi oyunçusu, 42 yaşlı Rowan Baxter həyat yoldaşını və övladlarını öldürdükdən sonra intihar edib.

O, həyat yoldaşı və 3 uşağı avtomobildəykən onu yandırıb. Rowan daha sonra özünü bıçaqlayıb.

Qatilin qohumu 9News-a açıqlamasında bildirib ki, Rowan şiddətli şəkildə misogonist olub. Qohumunun dediyinə görə, qadınlara nifrət edən Rowan onları, sadəcə, xidmətçi və ya fahişə kimi görürmüş.

Başqa bir müsahibəsində isə Rowan kişi xəyanətini dəstəklədiyini bildirib.

Cinayətlə bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, qadınlara nifrət edən, onları ancaq qul və kölə kimi görən, ancaq seks üçün yaradıldığını düşünən insanlara misogenist deyilir.

Mövzunu Facebookda şərh et