İrandan gələn iki nəfər koronavirusla bağlı Kliniki Tibbi Mərkəzə yerləşdirildi

17:28 | 24 Fevral, 2020

Koronavirus şübhəsi ilə 1 saylı Kliniki Mərkəzə daha iki nəfər gətirilib.

Editor.az xəbər verir ki, Mərkəzdən Trend-ə verilən məlumata görə, həmin şəxslər bu gün səhər saatlarında Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

Həmin şəxslərdən biri İranın Astara rayonunda işləyən Azərbaycan vətəndaşı, digəri isə Azərbaycana səfər edən İran vətəndaşıdır: “Hər iki şəxs mərkəzə qəbul olunaraq müayinə edilib, koronavirus əlamətləri aşkar edilməyib. Gətirilən şəxslərdən birinin hərarəti 37,1 , digərində isə 37,3 dərəcə olub. Hər iki şəxs karantin nəzarətinə götürülüb”.

Mövzunu Facebookda şərh et