Ərli qadınlar saunaya biabırçı bikinidə gələn qızı qovdurdular – “Seksual görünür” – FOTO

17:57 | 24 Fevral, 2020

İngiltərədə qadın geyindiyi bikiniyə görə hamamdan qovulub.

Londonun qərbində yerləşən Uxbridge qəsəbəsindəki hamama nişanlısı və qaynı ilə gedən 23 yaşlı Nicole Bernardocchi saunadan çıxarılıb.

23 yaşlı qız geyindiyi bikiniyə görə “Hillingdon Sports and Leisure Centre”dən qovulub. Buna səbəb kimi digər müştərilərin ondan geyiminə görə şikayət etməsi olub.

Belə ki, həyat yoldaşları ilə birlikdə hamam gələn qadınlar Nikolun bikinisini seksual hesab etdiklərinə görə müdriyyətə müraciət edərək qadının dəsmalla gəzməsini tələb ediblər.

Saunanı tərk etməyə məcbur qalan qadın istirahət mərkəzindən şikayət edib.

Mövzunu Facebookda şərh et