backend

Bakıdakı ağır qəza: Ölənlərin kimliyi bəlli oldu – VİDEO – YENİLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda iki nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.
APA-nın xəbərinə görə, qəza nəticəsində “Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü və bir piyada ölüb, bir nəfər isə yaralanıb.
“Mercedes Gelandewagen”in sürücüsü Mehdi Əliyev hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub.
Qeyd edək ki, hadisə zamanı baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin maşında olması və dünyasını dəyişməsi ilə bağlı yayılmış xəbərlər həqiqəti əks etdirmir.
***
22:18
Bakıda iki nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. APA-nın hadisə yerində olan əməkdaşının xəbərinə görə, “Mercedes Gelandewagen” markalı avtomobil paytaxtın Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən idarəetməni itirib və “VAZ 21015” markalı avtomobilə arxadan  çırpılıb.
Daha sonra “Mercedes Gelandewagen”  yolun kənarındakı maneəni aşaraq köməkçi yola keçib və yanmağa başlayıb. Qəza nəticəsində  “Mercedes Gelandewagen”in sürücüsü də daxil olmaqla, iki nəfər ölüb.
Qəza zamanı piyadanın da vurulduğu bildirilir.
Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub.
Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.
***** 22.06
Bakıda iki nəfərin ölümü ilə nəticələnən qəza baş verib. APA-nın hadisə yerində olan əməkdaşının xəbərinə görə, paytaxtın Heydər Əliyev prospektinin hərəkət edən “Mercedes Gelandewagen” markalı avtomobil  idarəetməni itirib və əsas yoldan köməkçi yola çıxaraq qəzaya uğrayıb. Qəza nəticəsində avtomobildə olan iki nəfər ölüb.
Qəzadan sonra avtomobildə yanğın baş verib.  Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub.
Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.