MSK yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim etdi

13:51 | 26 Fevral, 2020

Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərin ümumi yekunlarına dair protokolu təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edib.

Bunu “Report”un sorğusuna cavab olaraq MSK katibi Mikayıl Rəhimov deyib.

O bildirib ki, bu gün yekun protokol Konstitusiya Məhkəməsinə verilib.

Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçirilib.

Mövzunu Facebookda şərh et