BŞİH mitinqə icazə verdi

16:42 | 26 Fevral, 2020

Müsavat Partiyasının, REAL Partiyasının və D18 Hərəkatının Mərkəzi Seçki Komissiyasının qarşısında mitinq keçirməklə bağlı məktubuna Bakı Şəhər İcra Hakimiyyəti cavab verib.

Editor.az xəbər verir ki, bu barədə D18 Hərəkatının rəhbəri Ruslan İzzətli məlumat yayıb.

O qeyd edib ki, BŞİH onlara mitinqin fevralın 29-da Lökbatan qəsəbəsindəki 28 May küçəsi, “Neftçi” İdman Klubu İctimai Birliyinin Qaradağ təlim- idman bazasında keçirilməsinə icazə verib.

Qeyd edək ki, mitinq təşiklatçıları BŞİH-yə alternativ olaraq 7 yer təklif ediblər.

Mövzunu Facebookda şərh et