Suriyada 2 Türkiyə həbçisi həlak olub

09:43 | 27 Fevral, 2020

Suriyanın hökumət ordusu İdlib deeskalasiya zonasında Türkiyə hərbçilərinin mövqeyinə hava zərbəsi endirib.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində deyilir.

Məlumatda bildirilir: “İdlib regionunda hərbçilərimizin mövqeyin endirilən hava zərbəsi nəticəsində 2 hərbçimiz şəhid olub, 2-si isə yaralanıb”.

Qeyd edilir ki, Türkiyə Silahlı Qüvvələri buna cavab olaraq Suriyanın hökumət ordusunun mövqelərinə zərbələr endirir.

Mövzunu Facebookda şərh et