Azərbaycanda alternativ enerjidən istifadə əhali üçün sərfəli olarmı? – RƏY – VİDEOSORĞU

11:39 | 27 Fevral, 2020

Bir sıra dünya ölkələri təbiətin çirklənməsinin qarşısının alınması, həm də qiymətli yanacağa qənaət edilməsi məqsədilə alternativ enerji növlərindən istifadə edirlər. Danimarka, Almaniya, Latviya, İspaniya və başqa ölkələrdə əhali ev təsərrüfatlarında, bağlarda, kənd yerlərində və digər məkanlarda alternativ enerji növlərindən istifadə edir. Ölkəmizdə isə əhalinin şəxsi istehlakı məqsədilə alternativ enerjidən istifadə etməsinə, demək olar ki, rast gəlinmir.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov “Report”a verdiyi açıqlamada bunun səbəblərini izah edib:

 

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov:

“Bizdə elektrik enerjisi və ya qazın dəyəri digər ölkələrə nisbətən ucuz olduğuna görə, insanların alternativ enerji mənbələrindən yararlanmağına iqtisadi baxımdan bir o qədər ehtiyac yaranmır”.

 

 

 

 

 

Mövzunu Facebookda şərh et