“Tualetə gedirəm” deyən qız FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ – FOTO

10:32 | 28 Fevral, 2020

Antalyada iki tanışı ilə qayalıqlara çıxan 25 yaşlı gənc qız tarazlığını itirərək 10 metr hündürlükdən yıxılaraq dünyasını dəyişib.

Milli.Az DHA-ya istinadən xəbər verir ki, “Tualetə gedirəm” deyərək tanışlarının yanından ayrılan 25 yaşlı Berna Y. faciəvi şəkildə can verib.

Bernanın yıxıldığını görən oğlan dostları H.D. ve C.M. 112 Təcili Yardım Xidmətinə zəng edərək kömək istəyiblər.

Berna Y. xilasediclər tərəfindən yıxıldığı yerdən çıxarılarkən öldüyü məlum olub.  Berna Y. ilə tanışları H.D. ve C.M.-nin spirtli içki içdikləri deyilir. Polis, H.D. ilə C.M.-ni saxlayıb

Mövzunu Facebookda şərh et