İranlı qadın futzalçı koronavirusdan öldübackend

İranlı qadın futzalçı koronavirusdan öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın qadın futzal millisinin 22 yaşlı üzvü İlham Şeyxi koronavirusdan dünyasını dəyişib.

onun yaşadığı Qum şəhəri çinli şiə təqaüdçülərin oxuduğu seminariyaların mərkəzi sayılır.

İranlı siyasətçi, İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş hərbi zabiti Əhməd Əmirabadi Qumda koronavirusdan 50 insanın öldüyünü bildirib.

Digər idman növləri üzrə oyunlar martın 2-dən 10 gün müddətinə təxirə salınıb. Bununla belə, futbol və futzal oyunlarının keçirilməsi İranda təxirə salınmayıb.

İran Peşəkar Futbol Liqası yalnız bu matçların azarkeşsiz keçirilməsinə qərar verib. Lakin İran klubları qəti şəkildə bu qərarın əleyhinədir.

Onlar yarışların sağlamlığa görə tamamilə dayandırılmasının tərəfdarıdır. Məsələn, Rəştin “Sepidrud” klubunun icraedici direktoru deyib ki, komandanın 10 futbolçusu qripdən əziyyət çəkir.

Qeyd edək ki, Asiya Futbol Konfederasiyası dörd İran komandasının da iştirak etdiyi qitə futbol yarışlarını ləğv edib.