“ADY Express”də növbəti təlim keçirildi

20:45 | 28 Fevral, 2020

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisə olan “ADY Express” MMC-nin nəzdindəki Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasının ərazisində yerləşən Təlim və İnkişaf Mərkəzində növbəti təlim keçirilib.

Editor.az xəbər verir ki, bu barədə report-a şirkətdən bildirilib.

İndiki təlim 1 mart  – Mülki Müdafiə Günü ilə əlaqəli olub və “İlk tibbi yardım” mövzusuna həsr olunub. Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasının əməkdaşları üçün təşkil edilən təlim 2 saylı Bakı dəmir yolu poliklinikasının həkim-təlimçiləri tərəfindən aparılıb.

“İlk tibbi yardım” təlimləri ilk həkiməqədər yardıma həsr olunub. Təlimlərdə məqsəd fövqəladə vəziyyətlərdə yarana biləcək həyati təhlükəni aradan qaldırmaq, insanın həyatı funksiyaların davam etdirilməsini təmin etmək və həkimlərin gəlişinə qədər onun vəziyyətinin pisləşməsini önləməkdən ibarətdir.

Mövzunu Facebookda şərh et